Telekommunikasiya və Nəqliyyat
- Səsli zənglər, Data, İnternet xidmətləri
- Proqram təminatının işlənib hazırlanması
- Aviasiya və Kosmos
- Dəmiryolu nəqliyyatı
- Dəniz nəqliyyatı
- Yol nəqliyyatı
- Logistika & Ekspedisiya
Təcrübəmiz
telekommunikasiya sahəsində tənzimləyici qanunvericiliklə əlaqədar Fransanın beynəlxalq telekommunikasiya şirkətlərindən birinə məsləhətlərin verilməsi
yerli telekommunikasiya şirkətlərdən birinə kommersiya mübahisələrinin həll edilməsi ilə əlaqədar məsləhətlərin verilməsi
Avropanın iri beynəlxalq telekommunikasiya şirkələrindən birinin yerli telekommunikasiya şirkətindəki səhmlərinin satılmasına dair məsləhətlərin verilməsi, həmçinin şirkət üçün hüquqi auditin həyata keçirilməsi, səhmlərin alğı-satqısına dair məsləhətlərin verilməsi
yerli telekommunikasiya qrupuna beynəlxalq yurisdiksiyalı layihə ilə bağlı məsləhətlərin verilməsi, o cümlədən alıcı tərəfdən hüquqi auditin həyata keçirilməsi
yerli telekommunikasiya şirkətinə fiber-optik internet provayderinin alğı-satqısına dair məsləhətlərin verilməsi, həmçinin alıcı tərəfdən hüquqi auditin həyata keçirilməsi və payların alğı-satqı müqaviləsinin hazırlanması
Çinin beynəlxalq telekommunikasiya avadanlığı və sistemləri şirkətinə optik fiber fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı məsləhətlərin verilməsi
Almaniyanın beynəlxalq proqram təminatı şirkətinə müxtəlif hüquq sahələri üzrə məsləhətlərin verilməsi, həmçinin şirkət üçün daşınmaz əmlak və kommersiya müqavilələrinin hazırlanması
ABŞ-ın nəqliyyat şirkətlərindən birinə tənzimləyici qanunvericilik, korporativ və kommersiya məsələlərinə dair məsləhətlərin verilməsi
Azərbaycandakı mübahisələrin həllinə dair Türkiyənin mobil texnologiya sahəsində aparıcı şirkətlərindən birinə məsləhətlərin verilməsi
ABŞ-ın aparıcı təyyarə istehsalçılarından birinə təyyarələrin lizinqinə dair məsləhətlərin verilməsi
Kanadanın helikopter şirkətlərinin birinə gömrük məsələlərinə dair məsləhətlərin verilməsi, o cümlədən müvəqqəti idxal ilə bağlı məsləhətlər və hasilat pay bölgüsü (PSA) üzrə azadolunma sertifikatının alınması
Mərkəzi Asiyada yerləşən nəqliyyat şirkətlərindən birinə səhmlərin satışı ilə bağlı məsləhətlərin verilməsi, satıcı tərəfdən hüquqi auditin həyata keçirilməsi
qlobal səyahət və turizm sənayesində xidmət göstərən İspaniyanın iri İT provayderlərindən birinə korporativ və kommersiya məsələləri ilə bağlı məsləhətlərin verilməsi
Braziliyada yerləşən aerokosmik konqlomerata miqrasiya məsələlərinə dair məsləhətlərin verilməsi
Böyük Britaniyanın nəqliyyat şirkətlərindən birinə ticarət mübahisələrinin həllinə dair məsləhətlərin verilməsi
Qazaxıstanın lokomotiv istehsalçılarından birinə lokomotivlərin ADY tərəfindən lizinqə götürülməsinə dair məsləhətlərin verilməsi
Fransanın beynəlxalq aerokosmik korporasiyalarından birinə əmək və miqrasiya ilə bağlı məsləhətlərin verilməsi